Novruz'da 8 gün tətil
28 Fevral 2009 Şənbə 16:33
Azərbaycan Respublikası Nazirlər Kabineti mart ayında Novruz bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib.
APA-nın məlumatına görə, qərara əsasən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2009-cu ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib. Bu dəyişiklik Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə əsasən qəbul olunub. Qeyd edək ki, Novruz bayramı ilə əlaqədar 20-24 mart tarixi qeyri-iş günüdür. 21-22 mart tarixi istirahət gününə düşdüyündən, həmin günlər 25-26 mart iş günü ilə dəyişdirilib. Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 27 mart iş günü ilə 29 mart istirahət gününün yerini dəyişdirdiyinə görə, Novruz baramı ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27 mart tarixləri qeyri-iş günü elan olunub. 28 mart tarixi şənbə gününə təsadüf etdiyindən bayramdan sonra növbəti iş günü martın 29-dur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar