Neftçalanın baş memarı Rüstəm Tahirova məxsus Prado yandırıldı
28 Yanvar 2013 Bazar Ertəsi 18:06
Neftçalanın baş memarı Rüstəm Tahirova məxsus Prado yandırıldı. Hadisənin baş vermə səbəbləri ilə bağlı müxtəlif versiyalar səslənir.
Dünən gecə saatlarında Neftçala şəhərində, H.Əliyev prospekti, 13 nömrəli evin qarşısında dayanmış «Prado» markalı maşını yanıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, avtomobil Neftçala Rayon İcra Hakimiyyətinin baş memarı Rüstəm Tahirova məxsusdur.
Gəzən şaiyələrə görə avtomobil Neftçala sakinləri tərəfindən qəsdən yandırılıb. Lakin Neftçala Rayon İcra Hakimiyyətində verilən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, avtomobil yaranmış nasazlıq ucbatından yanıb. Belə ki, maşının akumlyatorundakı naqillərdə qısaqapanma baş verib. Nəticədə avtomobil alovlanıb. Hadisə baş verən zaman orada heç kim olmadığı üçün maşını söndürən olmayıb və avtomobil tamamilə yanıb. Avtomobilin kiminsə tərəfindən qəsdən yandırdığı istisna olunur.
Faktla bağlı araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: