Nəbi Zərbəliyev qardaşı oğluna bıçaq zərbəsi vurdu
13 Fevral 2013 Çərşənbə 12:14
Cinayət törədən əmi saxlanılıb
Ötən gecə Bakının Qaradağ rayonunda əmi ilə qardaşoğlu arasında mübahisə qanla nəticələnib. Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Nəbi Zərbəliyevlə əmisi Maşallah Zərbəliyev arasında mübahisə yaranıb.

Nəticədə Nəbi əmisioğlunu vurub. Əmi isə bunun cavabında qardaşıoğlunu bıçaqlayıb. Nəticədə N.Zərbəliyev xəstəxanaya yerləşdirilib, əmini isə polis saxlayıb.

Qeyd edək ki, Nəbi Zərbəliyev əvvəllər adam bıçaqladığına görə məhkumluq həyatı yaşayıb. Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar