Naxçıvanski adına Hərbi Liseyin kursantı ölüb
    02 Mart 2013 Şənbə 08:45
    Əmikişiyev Raqil gecə saat 03.05-də qəflətən vəfat edib.
    
                	 
    
         Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantı vəfat edib. Bu barədə məlumat ANS PRESS-ə Müdafiə Nazirliyindən verilib. Məlumata görə, kursant Əmikişiyev Raqil Arazxan oğlu bu gün gecə saat 03.05-də qəflətən vəfat edib. 
Ölümün hansı səbəbdən baş verdiyi ilə əlaqədar prokurorluq orqanları araşdırma aparır. Müdafiə Nazirliyi Raqilin ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir. 
DOSTLARINLA PAYLAŞ: