Narkotikdən pul qazanmaq istəyən ata və oğul tutuldu
    26 Fevral 2013 Çərşənbə Axşamı 13:06
    Onlardan narkotik vasitə olan "Metodon" götürüb.
    
                	 
    
         Biləsuvarda narkotik vasitə satmaq istəyən ata və oğul tutulub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, polis Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Musa Qasımovdan və onun oğlu Əlidən satış məqsədi ilə əldə etdikləri 2 kiloqram 35 qram həşiş, 2 kiloqram 258 qram tiryək və 0,486 qram "Metodon" götürüb.
Qeyd edək ki, əməliyyatı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Yardımlı RPŞ və Biləsuvar RPŞ əməkdaşları birgə həyata keçirib.
DOSTLARINLA PAYLAŞ: