Naftalanda istirahət mərkəzi yanıb
31 İyul 2014 Cümə Axşamı 12:44
Yanğınsöndürənlər tərəfindən yanğının böyüməsinin qarşısı alınıb.
Naftalan şəhərində yanğın hadisəsi baş verib.

ANS PRESS FHN-nin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 325 kv.m olan istirahət mərkəzinin yanar konstruksiyaları 290 kv.m sahədə yanıb.

Mərkəzin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, istirahət mərkəzi hal-hazırda fəaliyyət göstərmir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar