Müğenni Samir Mustafayev qısqanclığın qurbanı olub
13 İyul 2013 Şənbə 14:54
DİN Müğenni Samir Mustafayev qetli ile bağlı melumat yaydı.
İyulun 11-də Bakıda qətlə yetirilən xanəndə Samir Mustafayev barədə Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb. ANS PRESS-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 11-də qətlə yetirilənin şəxsiyyəti müəyyən edilib. Onun Tərtər rayon sakini Samir Mustafayev olması müəyyən edilib.

Polis S.Mustafayevin qısqanclıq zəminində bıçaqla qətlə yetirildiyi məlum olub. Onu qətlə yetirən Bakı şəhər sakini Aydın Orucov tutulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar