Moskvada toy karvanında göyə atəş açan azərbaycanlıya hökm oxundu
18 Dekabr 2012 Çərşənbə Axşamı 16:49
Seymur Nəbizadə iki il şərti cəza alıb.
Moskvada toy karvanında travmatik tapançadan atəş açan 18 yaşlı azərbaycanlı Seymur Nəbizadəyə Nikulin rayon məhkəməsi məhkəmə hökm oxuyub. ANS PRESS-in "RİA" Novosti agentliyinə istinadən verdiyi məlumata görə, xuliqanlıqda ittiham edilən gəncə iki il müddətində şərti iş verilib.

S.Nəbizadə məhkəmə zalından azadlığa buraxılıb. Bundan əlavə ona üç illik sınaq müddəti təyin edilib.

Xatırladaq ki, Seymur Nəbizadə Moskvada toy karvanında sevincindən emosiyalarını saxlaya bilməyərək, havaya 5 dəfə atəş açıb. Nəbizadə noyabrın 12-də saxlanılıb. Hadisə zamanı saxlanılan digər 8 nəfərə qarşı inzibati tədbirlər görülüb və onlar sərbəst buraxılıb. Seymur Nəbizadə indiyədək toy karvanında atəş açmağa görə, cinayətə cəlb olunmuş ilk şəxsdir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar