Moskvada iki azərbayсanlı tutulub
07 Dekabr 2009 Bazar Ertəsi 19:25
Həmvətənlərimiz qızıl-zinət əşyaları oğurlamaqda ittiham olunur
Bu günlərdə Moskvanın milis işçiləri 10 milyon rubl həcmində qızıl-zinət əşyaları oğurlayan iki şəxsi yaxalayıb. Paytaxtın Cənub Federal Dairəsi üzrə Daxili İşlər İdarəsinin nümayəndəsi Valeri Buzovkinin verdiyi məlumata görə, cinayət sentyabrda törədilib. Onun sözlərinə görə, zərərçəkən öz biznesi üçün qızıl-zinət əşyaları alan Tula sakinidir. Belə ki, cinayətkarlar əvvəlcə qadının qızılı almasını gözləyiblər, zərərçəkən əşyaları alıb gedən zaman isə qızılları əlindən alaraq qaçıblar.
Milis əməkdaşları şübhəli şəxslərin şəxsiyyətini müəyyən etdikdən sonra onları tutmağa müvəffəq olub. Saxlanılanların hər ikisinin azərbaycanlı olduğu ortaya çıxıb.
“Onların yaşadıqları mənzildə oğurlanan əşyaların bir hissəsi aşkar edilib”, - deyə Buzovkin bildirib.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: