Moskvada bir azərbaycanlı öldürüldü
08 Avqust 2014 Cümə 00:39
Güllə yarası alan digər azərbaycanlı isə Moskva klinikalarından birinə yerləşdirilib.
Biznes maraqlarına görə Moskvada Azərbaycan vətəndası Şahverdiyev öldürülüb.
ANS PRESS-in məlumatına görə, mübahisə zamanı daha bir azərbaycanlı Ramin Paşa oğlu Mirzoyev isə ağır yaralanıb
Rusiya paytaxtının hüquq-mühafizə orqanlarına daxil olan xəbərə görə, qətl hadisəsi Belovejski küçəsində baş verib.
27 yaşlı azərbaycanlı Şahverdiev öldürülüb. O, çoxsaylı bıçaq yarasından sonra dünyasını dəyişib.
Güllə yarası alan Ramin Mirzoyev isə Moskva klinikalarından birinə yerləşdirilib.
Məlum olub ki, Şahverdiyevi qətlə yetirən Mirzoyev olub. Onların arasında mübahisə baş verib. Alınan məlumata görə, Şahverdiev Mirzoyevə güllə atıb, onu çiynindən və boynundan yaralayıb. Cavabında isə yaralı Mirzoyev ona bir neçə ölümcül bıçaq zərbəsi vurub.
DOSTLARINLA PAYLAŞ: