Moskvada azərbaycanlı polkovnik qətlə yetirilib
06 Mart 2013 Çərşənbə 07:43
Qətl Moskva şəhərinin “Roqojskiy Val” adlanan ərazisində törədilib.
Rusiya paytaxtında Adil Mahmudov adlı azərbaycanlı polkovnik öldürülüb. APA-nın “Lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, qətl Moskva şəhərinin “Roqojskiy Val” adlanan ərazisində törədilib.
Killer yerli vaxtla saat 12:40-da “Zakarpatskiye uzorı” restoranına daxil olaraq orada nahar edən Rusiya Silahlı Qüvvələrinin zabiti A. Mahmudovun alın nahiyəsinə atəş açıb. 45 yaşlı polkovnik yerindəcə keçinib.
Atəş açan şəxsin xarici görünüşünə görə qafqazlıya oxşayan bir kişi olduğu bildirilir. Qatil hadisə yerindən qaça bilib. Hadisənin motivləri barədə hələlik məlumat yoxdur. Faktla bağlı təhqiqat aparılır.
A. Mahmudov paytaxtdakı hərbi hissələrdən birinin komandir müavini olub.
DOSTLARINLA PAYLAŞ: