Moskvada azərbaycanlı öz həmyerlisinə silahlı hücum edib
12 Fevral 2013 Çərşənbə Axşamı 12:30
Polis quldur dəstəsini zərərsizləşdirib.
Moskvada həmyerliləri tərəfindən oğurlanan azərbaycanlı iş adamı artıq azad edilib. ANS PRESS-in məlumatıan görə, azərbaycanlı iş adamını Moskvada oğurluq və quldurluq fəaliyyəti göstərən etnik qruplaşma oğurlayıbmış.

Məlumata görə, oğurlanan azərbaycanlı ticarətlə məşğul olurmuş. O, evindən çıxarkən üstündə iri məbləğda pul olubmuş. Avtomobili yaxınlaşarkən 3 nəfər naməlum şəxs ona hücum edib. Quldurlar girov götürdükləri şəxsin ayağından odlu silahla vurublar və 70 min rubl pul, avtomobilin açarlar və evin sənədlərini oğurlayıblar.

Hadisə yerindən qaçan quldurları svetaforun qırmızı işığına reaksiya vermədiklərindən polis dərhal onların izinə düşüb. Uzunmüddət davam edən mübarizədən sonra polis quldurları saxlaya bilib. Polis ifadə verən azərbaycanlı deyib ki, ona hücum edənlərdən biri xalası oğlunun sinif yoldaşı olubmuş. Polis oğrulardan kiçik kalibrli tapança, 5 güllə, travmatik və pnevmatik tapança müsadirə olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar