Moskvada azərbaycanlı jurnalist öldürüldü
20 İyul 2014 Bazar 02:51
Moskvanın yay kafelərinin birində silahlı qarşıdurma nəticəsində azərbaycanlı jurnalistin öldürülməsi barədə xəbər yayıb.
Rusiya Daxili İşlər Nazirliyi Moskvanın yay kafelərinin birində silahlı qarşıdurma nəticəsində azərbaycanlı jurnalistin öldürülməsi barədə xəbər yayıb.

ANS PRESS-in məlumatına görə, onun bir nəfər həmkarı isə ağır yaralanıb.

Münaqişə Moskva şəhərinin şimal-şərqində olan kafelərdən birində meydana gəlib. Üç nəfər məlum olmayan səbəblərə görə mübahisə ediblər, sonda onlardan biri silah çıxararaq digər ikisini güllələməyə başlayıb.

Xəbərdə bildirilir ki, ölən azərbaycanlı jurnalist Novqorodun “Diaspora” nəşrinin işçisi olub və həmkarı ilə Moskvada ezamiyyətdə olublar.

Hazırda hüquq mühafizə orqanları cinayətkarın axtarışına çıxıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar