Mobil telefon evin yanmasına səbəb oldu
31 İyul 2013 Çərşənbə 04:11
Mütəxəsislər mobil telefonların uzun müddət günəş işığı altında qalması halında partlaya biləcəklərini bildiriblər.
Bir müddət əvvəl İsveçrəli bir qızın cibində partlayan “Samsung Galaxy” markalı telefon indi də bir Honq-Konq sakinin evini yandırıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Xianguo” saytının yaydığı xəbərdə Fu adlı kişinin yenicə aldığı “Galaxy4” markalı telefonun partlaşası nəticəsində onun evinin yandığı bildirilib.
Evi yanan şəxs telefonun birdən-birə partladığını, yaşanan hadisələrdən şoka düşdüyünü bildirib: “Telefonum stolun üstündə idi. Enerji yığması üçün elektrik naqilinə qoşmamışdım. Bir anda telefon partladı və yanmağa başladı. Nə edəcəyimi bilmədim və telefonu divanın altına tulladım. Həmin anda divan alovlandı və söndürə bilmədiyim üçün evim yandı”.
Qeyd edək ki, mütəxəsislər mobil telefonların uzun müddət günəş işığı altında qalması halında partlaya biləcəklərini bildiriblər. Bununla belə telefonların partlamasının səbəbi hələlik dəqiq bilinmir.
DOSTLARINLA PAYLAŞ: