Milli Ordunun esgeri özünü gülleledi
29 İyul 2013 Bazar Ertəsi 11:15
19 yaşlı Nəcəf Əliyev tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.
Azərbaycan Ordusu daha bir əsgərini itirib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Həmin hərbi hissənin əsgəri, 19 yaşlı Nəcəf Fazil oğlu Əliyev tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev faktı təsdiqləyib.
Faktla bağlı araşdırma aparılır.
N. Əliyev Gəncənin Kəpəz rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
DOSTLARINLA PAYLAŞ: