Milli Ordunun daha bir əsgəri dünyasını dəyişdi
06 Mart 2013 Çərşənbə 08:50
Əliyev Elman Telman oğlunun ölümünün səbəbi tibbi ekspertiza tərəfindən müəyyənləşdiriləcək.
Bu gecə saat 1:40 radələrində Şəmkir hərbi birləşməsinin N saylı hərbi hissəsinin əsgəri ölüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Əliyev Elman Telman oğlu yüksək dağlıq şəraitində döyüş növbəsi çəkərkən qəflətən dünyasını dəyişib.

Ölümün hansı səbəbdən baş verdiyi tibbi ekspertiza tərəfindən müəyyənləşdirildikdən sonra bu barədə ictimaiyyət məlumatlandırılacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar