Türkiyənin Yüreğir mahalında azan verildikdən sonra camaatın məscidə girməsini fürsət bilən Əli Sarıçam, məscid tualetində şpris ilə damarına yüksək dozada narkotik vurub.
Hadisə, mahalın Ağba məscidində baş verib. Namazdan sonra tualet qapısının saatlarla bağlı olduğunu görənlər qapını qırmaq qərarına gəliblər. Gənci yerdə yıxılmış vəziyyətdə görüb hadisə yerinə təcili yardım çağırıblar.
Əli Sarıçam adlı gəncin ürəyinin masaj edilməsinə baxmayaraq həkimlər onu həyata qaytara bilməyib. Hadisə yerində araşdırma aparan polislər Sarıçamın cəsədini yarılması üçün Adana Ədli Tibb Təşkilatı meyitxanasına təhvil veriblər.
Qeyd edək ki, gəncin məscidə gəlişi, təhlükəsizlik kameraları tərəfindən qeyd edilib. ANSPRESS
Məsciddə dələduzluq edənə Allah qənim oldu
Türkiyədə məscidin tualetində narkotik qəbul edən gənc gözlərini əbədi olaraq yumdu




Şərhlər