Mərdəkan-Şüvəlan çimərliyində 2 ailənin üzvləri dənizdə batıblar
07 Avqust 2014 Cümə Axşamı 11:25
Mərdəkan-Şüvəlan çimərliyində 2 ailənin üzvləri dənizdə batıb.
Ötən gün Bakının Xəzər rayonunda çimərlikdə dəhşətli faciə baş verib. Xəzər rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Mərdəkan-Şüvəlan çimərliyində 2 ailənin üzvləri dənizdə batıblar.
Belə ki, Mərdəkan çimərliyində çimərkən 14 yaşlı Aydan Fərziyeva və onun qardaşı 13 yaşlı Hüseyn Fərziyev batıb.
Digər hadisə isə Şüvəlan çimərliyində qeydə alınıb. Dənizdə çimən 10 yaşlı Kamalə Əliyeva, onun qardaşları, 9 yaşlı İlgün, Fariz Əliyev çimərkən boğulublar.
Faktla bağlı araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: