Menzilden qadın meyiti tapıldı
12 Sentyabr 2013 Cümə Axşamı 01:41
74 yaşlı qadının ölüm səbəbləri araşdırılır.
Bakının Nərimanov rayonunda mənzildən qadın meyiti tapılıb. ANS PRESS FHN-nin saytına istinadən xəbər verir ki, 1939-cu il təvəllüdlü qadının qapının döyülməsinə və telefon zənglərinə cavab verməməsi ilə hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qalxaraq eyvandan daxil olublar. Mənzilə baxış keçirilərkən Sibileva Zinaida İbrahimova hərəkətsiz vəziyyətdə aşkarlanıb.
Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində vətəndaşın vəfat etdiyi müəyyən olunub.
Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
DOSTLARINLA PAYLAŞ: