Menzilden külli miqdarda pul ve qızıl oğurlanıb
29 Oktyabr 2014 Çərşənbə 12:58
Bakıda menzilden külli miqdarda pul ve qızıl oğurlanıb. Evi qaret eden şexs yaxalanıb.
Bakıda menzilden külli miqdarda pul ve qızıl oğurlanıb.
Bakı şeher Baş Polis İdaresinden ANS PRESS-e verilen melumata göre, hadise Hövsan qesebesi E.Qasımov küçesinde Emil Veliyeve mexsus evde baş verib.
Onun menzilinden 18,5 min manat ve qızıl-zinet eşyaları oğurlanıb.
Suraxanı rayon Polis İdaresinin 30-cu polis bölmesi emekdaşlarının keçirdikleri emeliyyat tedbirleri neticesinde oğurluqda şübheli bilinen Hövsan qesebe sakini, 1988-ci il tevellüdlü Zaur Ceferov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: