Mehdiabad sakininin 85 000 manatı yanıb kül oldu
10 İyul 2014 Cümə Axşamı 08:29
Qəsəbədə iki mərtəbəli fərdi yaşayış evində yanğın baş verib.
Abşeron rayonu Mehdiabad qəsəbəsində iki mərtəbəli fərdi yaşayış evində yanğın baş verib. Hadisə nəticəsində vətəndaşa məxsus evin 2-ci mərtəbəsi tamamilə yanıb.

Qəsəbənin Aşıq Ələskər küçəsindəki iki mərtəbəli evin yuxarı mərtəbəsindən başlayaın yanğın qısa zaman ərzində böyük ərazini əhatə edib və tezliklə 5 otağı öz əhatəsinə alıb. Alovla bacarmağın çətin olduğunu görən ev sahibləri dərhal Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xətt ximdətinə məlumat veriblər. Əraziyə gələn Abşeron rayon dövlət yanğından mühafizə hissəsinin yanğınsöndürənləri alovu ram etməyə çalışsalar da, buna nail ola bilməyiblər. Bu məqsədlə də, əlavə kömək üçün Binəqədi rayonundan da 2 yanğınsöndürmə briqası çağırılıb.

Ümümi sahəsi 470 kvadrat metr olan evin yuxarı mərtəbəsi tamamilə yansa da, yanğının 1-ci mərtəbəyə keçməsinin qarşısı yanğınsöndürənlər tərəfindən alınıb.

Hadisə vaxtı ev sahiblərindən heç kəsin mənzildə olmaması yanğının faciəsiz ötüşməsi ilə nəticələnib. Yanğın tamamilə sondürüldükdən sonra məlum oldu ki, zərəçəkənin evində olan 85 min manat pul alovun qurbanı olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar