Maştağa qəsəbəsində iki avtomobiltoqquşub
18 May 2014 Bazar 04:26
Sabunçu rayonunun Maştağa qəsəbəsində “MG” və “BMW” markalı minik avtomobilləri toqquşub.
Sabunçu rayonunda iki avtomobil toqquşub.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən aldığı məlumata görə, Sabunçu rayonunun Maştağa qəsəbəsində “MG” və “BMW” markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində, hər iki avtomobil ağır deformasiyaya uğrayıb, “MG” markalı minik avtomobilində isə 1 nəfər sərnişin sıxılmış vəziyyətdə qalıb.

Hadisə yerinə gələn xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsi ilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sərnişini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar