Maşında unudulan 2 yaşlı körpə istidən öldü
09 May 2013 Cümə Axşamı 08:39
Əsəb gərginliyi keçirən uşağın atasının vəziyyəti də ağırdır.
İsveçdə baxçaya aparılmaq üçün atası tərəfindən maşına mindirilən və daha sonra burada unudulan 2 yaşlı körpə istidən ölüb. Məlumata görə, səhər 06.30-da işə gedərkən baxçaya aparmaq üçün uşağını da maşına qoyan ata unudaraq işə gedib, maşını isə dayanacaqda saxlayıb. Məlumata görə, ata ancaq saat 14.00-də uşağı xatırlayıb və avtomobilin yanına gedərək körpənin cansız bədəni ilə qarşılaşıb.

Ata faktla bağlı polis bölməsinə aparılsa da, səhhətində yaranan problem səbəbindən onu xəstəxanaya çatdırıblar. Əsəb gərginliyi keçirən atanın vəziyyətinin ağır olduğu bildirilir.

Avtomobilin olduğu dayanacaqda havanın hərarətinin 24 dərəcə olduğunu deyən İsveç meteoroloji mütəxəssisi isə bildirib ki, havada 22 dərəcə hərarət olanda, avtomobilin içində qalan insan bunu 85 dərəcə kimi hiss edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar