Masallıda kişi gəzdiyi arvadı niyə öldürüb?
11 Aprel 2014 Cümə 14:23
Daxili İşlər Nazirliyi Masallıda gəzdiyi arvadı öldürən şəxs barədə məlumat yayıb.
Daxili İşlər Nazirliyi Masallıda gəzdiyi arvadı öldürən şəxs barədə məlumat yayıb.

ANS PRESS-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Kolatan kənd sakini Mirpaşa Ağayev qeyri-rəsmi nikah münasibətlərində olduğu Aysel Xancanovanın evində onu bıçaqla qətlə yetirib.

Araşdırmalar zamanı məlum olub ki, kişi qadını qısqandığı üçün öldürüb. Masallı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Ağayev tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar