Masallı tarixində belə fəlakət görməyib
29 Sentyabr 2009 Çərşənbə Axşamı 13:40
Rayonda suyun hündürlüyü bir metrdən artıqdır
Bu gecə Azərbaycanın Masallı rayonunda yağan güclü yağış təbii fəlakətlə nəticələnib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, güclü yağış iri və xırda çayların məcrasından çıxmasına səbəb olub. Çayların daşması nəticəsində əksər kəndlər su altında qalıb. Daha çox rayonun yuxarı dağətəyi kəndləri zərər çəkib: Bambaşı, Qızılavar, Türkoba, Bədəlan, Mollaoba, Babasel, Bərbəlan və s. Kəndlərdə suyun hündürlüyü bir metrdən artıqdır.

Sel nəticəsində, onlarla ev, yardımçı tikili dağılıb, fərdi yaşayış evləri, sosial tikililər, əkin sahələri su altında qalıb. İnsan tələfatı olmasa da, mal-qara, ev quşlarını su aparıb. Gecə ikən ağır texnikanın köməyi ilə əhali təhlükəli yerlərdən evakuasiya edilib. Hazırda rayonda elektrik enerjisi yoxdur, yağış isə kəsilməyib.

Masallı rayon fövqəladə hallar komissiyasının sədri, rayon icra hakimiyyəti başçısının birinci müavini Nadir Abıyevin açıqlamasına görə, Masallı tarixində belə təbii fəlakət yaşanmayıb. Rayondakı vəziyyətlə bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Hazırda Nazirliyin rəsmiləri fəlakət yerindədir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar