Masallı rayonunda 4 otaqlı ev kül oldu
27 İyun 2014 Cümə 23:19
Masallı rayonunda 1 mərtəbəli 4 otaqlı kürsülü evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Masallıda 4 otaqlı ev yanaraq kül olub.

ANS PRESS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayon mərkəzindən 10 km aralıda yerləşən Çayqıraq kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m.olan 1 mərtəbəli 4 otaqlı kürsülü evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğının səbəbi ilə bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar