Mal-qara oğrusu tutuldu
17 İyul 2014 Cümə Axşamı 00:54
Heyvanlar yolun qırağında otlayırdı, qabağıma qatıb bazara apardım. Bazara çatana kimi polis tərəfindən saxlanıldım.
Göygöl polisi mal-qara oğurlamaqda şübhəli bilinən şəxsi yaxalayıb.
ANS TV-nin məlumatına görə, Daşkəsən sakini Mehman Abdullayevə məxsus iribuynuzlu heyvanlar Göygöl rayonunun Yalqışlaq kəndi ərazisində naməlum şəraitdə yoxa çıxıb. Əvvəlcə heyvanların itdiyini düşünən təsərrüfat sahibi sonradan heyvanların oğurlandığını bilib və dərhal bu barədə polisə məlumat verib. Daşkəsən sakini 25 yaşlı Bəxtiyar Tağıyev yaşadığı kənddə gedərkən yolda sahibsiz heyvanları görüb onları oğurlamaq qərarına gəlib. Beləcə mal-qaranı qabağına qatıb bir neçə klometr piyada irəlləyən həmin şəxs yolda polis tərəfindən saxlanılıb.
Müstəntiq Rauf Əliyevin sözlərinə görə, heyvanları Daşkəsən rayonunun Qabaqtəpə kənd sakini Tağıyev Bəxtiyar İsmayıl oğlu oğurlayıb: “Aparılan əməliyyat tədbirlər nəticəsində həmin şəxs tərəfimizdən saxlanılıb və oğurladığı mal-qara saxlanc yerinə qoyulub”.
Saxlanılan şəxs Bəxtiyar Tağıyev isə deyir ki, heyvanlar yolun qırağında otlayırdı: “Mənim də ehtiyacım vardı. Qabağıma qatıb bazara apardım. Bazara çatana kimi polis tərəfindən saxlanıldım. Tutduğum əməldən peşmanam”.
Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddələrilə iş başlanılıb, istintaq davam edir.
DOSTLARINLA PAYLAŞ: