Mais Qurbanova hücumda şübheli bilinen qadın saxlanılıb
13 Noyabr 2013 Çərşənbə 08:43
Rusiya Miqrantlar Federasiyasının rehberlerinden biri olan azerbaycanlıya hücumda şübheli bilinen qadının 24 yaşı var.
Rusiya Miqrantlar Federasiyasının rehberlerinden biri olan azerbaycanlı Mais Qurbanova silahlı hücumda şübheli bilinen şexs yaxalanıb. ANS PRESS-in "RİA Novosti"ye istinadla verdiyi melumata göre, polis silahla ateş açmaqda şübheli bilinen qadını öten gün axşam saatlarında saxlayıb.

"Heyata keçirilen tedbirler neticesinde öten axşam saat 20:00-da (Bakı vaxtı ile 21:00) Novokosinskaya küçesi, ev 28-de cinayeti töretmekde şübheli bilinen qadın yaxalanıb. O, 1989-cu il tevellüdlüdür", deye hüququ mühafize orqanlarındakı menbe bildirib.

Rusiya daxili İşler Nazirliyinin metbuat xidmetinden fakt tesdiqlenib. Lakin bu barede etraflı melumat verilmeyib.

M.Qurbanov Novokosino rayonundakı evinin girişinde silahlı hücuma meruz qalıb. O, giriş qapısının kodunu yığaraq açmaq isterken arxadan yaxınlaşan slavyan görünüşlü qız ateş açaraq yoluna davam edib. Yaralı M.Qurbanov ise yaxınlıqdakı kafeye kimi gederek kömek isteye bilib.
Baş veren hadise binanın tehlükesizlik kamerası vasitesile lente alınıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar