Londondan Bakıya gələn iş adamı oteldə öldü
26 Noyabr 2012 Bazar Ertəsi 11:31
Hazırda ölümün səbəbləri araşdırılır
Bakıda oteldə qalan xarici ölkə vətəndaşının meyidi tapılıb. Yasamal rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, “Austin” otelinin 109-cu nömrəsində Böyük Britaniya vətəndaşı, 1940-cı il təvəllüdlü Mark Cons Mayklın meyiti tapılıb.

Məlumata görə, Mark Cons yaxınlıqda, yəni, Azərbaycan prospektində yerləşən “İncotek” şirkəti ilə əməkdaşlıq edirmiş. O, bir neçə gün əvvəl Londondan Bakıya gəlib. Hazırda ölümün səbəbləri araşdırılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar