Liftdə qalmış vətəndaş xilas edildi
18 Avqust 2013 Bazar 08:17
9 mərtəbəli binanın liftində yarana texniki nasazlığa görtə bina sakinii köməksiz vəziyətdə qalıb.
Suraxanı rayonunda bir nəfər doqquzmərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə qalıb.
ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, gecə saat 03:00 radələrində Bakı şəhəri, Suraxanı rayonunda bir nəfərin doqquzmərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə qalması barədə “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 9-cu mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açaraq vətəndaşın liftdən çıxarıblar.
Əməliyyat saat 03:36-da başa çatıb.
DOSTLARINLA PAYLAŞ: