Lənkəran'da silahlı atışma.
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın Lənkəran rayonunda silahlı atışma baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
APA-ya verilən məlumata görə, hadisə fevralın 22-də saat 23.00 radələrində, rayonun Sütəmurdov kəndində qeydə alınıb.
Kənddəki yeməkxananın yaxınlığında Lənkəran şəhər sakinləri, əvvəllər məhkum olunmuş Rövşən Həsənov ilə Mahir Nəsrullayev arasında münaqişə baş verib. Bu zaman onlar tərəfindən odlu silahlardan atəş açılaraq hadisə yerində olan "Mercedes" və "VAZ-21012" markalı avtomaşınlara ziyan dəyib.
Faktla bağlı DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində M. Nəsrullayev tutulub. Ondan həmçinin 1 ədəd "Makarov" tipli tapança, 4 ədəd güllə və 1 ədəd güllə darağı götürülüb.