“Kurtlar Vadisi”nin qəhrəmanı boşanır.
30 Yanvar 2012 Bazar Ertəsi 11:29
Abdulhey 7 ay öncə evlənmişdi.
"Kurtlar Vadisi" serialının baş qəhrəmanlarından biri boşanıb. ANS PRESS-in türk mətbuatına istinadla verdiyi məlumata görə, Abdulhey kimi tanınan Kənan Çoban ötən il evləndiyi həyat yoldaşı Dilək Özkandan ayrılmaq haqqında qərar qəbul edib. Cəmi 7 ay ailə həyatı yaşayan cütlük boşanmaya səbəb kimi yola getmədiklərini göstəriblər. Məlumata görə, tanınmış aktyor həyat yoldaşına böyük məbləğdə təzminat ödəyib.
Qeyd edək ki, ötən həftə daha bir tanınmış türk cütlük boşanmağa qərar verib. Bunlar "Yarpaq tökümü" serialının Leylası aktrisası Gökçe Bahadır və Şabanın oğlu aktyor Ali Sunaldır. Cütlük 3 il birlikdəlikdən sonra ötən ilin yayında evlənmişdilər. Onların evlilik həyatı cəmi 6 ay davam edib.
DOSTLARINLA PAYLAŞ: