Külli məbləğdə korrupsiya faktının üstü açılıb
07 Mart 2013 Cümə Axşamı 08:06
Sosial Müdafiə Mərkəzinin direktor müavini 200 sakinə 567 min manat həcmində ünvanlı sosial yardımın təyin edilməsi barədə yalan məlumatlar daxil edilmiş qərarlar imzalayıb.
Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi külli miqdarda korrupsiya faktının qarşısını alıb. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Balakən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini Əfqan Əliyevin Talalar kənd sakinindən ünvanlı dövlət sosial yardımı təyin edilməsi üçün 400 manat rüşvət alarkən yaxalanıb.

Sonradan müəyyən edilib ki, Əfqan Əliyev 2009-2010-cu illərdə rayonun 200 sakininə 567 min manatdan yuxarı ünvanlı sosial yardımın təyin edilməsi barədə yalan məlumatlar daxil edilmiş qərarlar imzalayıb. Bu, saxta qərarlar əsasında isə mühasibat uçotu sektorunun müdiri, eyni zamanda, baş mühasibi Kəmalə Əsədullayeva və məsləhətçisi Təranə Tinatiyeva tərəfindən 607 min manata yaxın pulu mənimsəyərək dövlətə ziyan vurublar. Bundan başqa, onlar 2008-2010-cu illərdə başqaları ilə əlbir olaraq 1 milyon manatdan çox pulu təkrarən talayıblar.





DOSTLARINLA PAYLAŞ:

oyunlar