Kukla Teatrı qarşısında yol qəzası baş verib
16 Fevral 2015 Bazar Ertəsi 10:44
Bakının Səbail rayonu ərazisində Kukla Teatrı qarşısında ölümlə nəticələnən yol qəzası baş verib.
Bakının Səbail rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

Səbail rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə 01:51-də Kukla Teatrının qarşısında qeydə alınıb.

Belə ki, BMW və “Fiat” markalı avtomobilləri toqquşub.

Qəza nəticəsində “Fiat” markalı avtomobilin sürücüsü, 20 yaşlı Habil Məmmədov ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar