Köpək balığı gənc qıza belə hücum etdi
24 İyul 2013 Çərşənbə 03:23
Həkimlər 18 yaşlı qızın həyatını xilas edə bilməyiblər.
Braziliyanın Resife kurort şəhərində dincələn turstlər San-Paulodan olan gənc qıza köpək balığının hücumunu müşahidə ediblər.

ANS PRESS-in Lifenews.ru-ya istinadən verdiyi məlumata görə, 18 yaşlı Bruna da Silva Qobbi xilasedicilərin köpək balığı təhlükəsi ilə bağlı xəbərdarlığına baxmayaraq çimmək qərarına gəlib. Bu vaxt yırtıcı qıza hücum çəkir. Su üzərində gözdən itdikdən sonra səth qana boyanır.

Dərhal hadisə yerinə su motosikleti ilə xilasedicilər gəlir. Qız xəstəxanaya çatdırılır. Onun köpək balığı yemiş dizdən aşağı sol ayağını amputasiya etmək lazım gəlir. Ancaq həkimlər çox çalışsalar da gənc qızın həyatını xilas edə bilmirlər.



DOSTLARINLA PAYLAŞ:

oyunlar