Kişi qayınatasının evində arvadını bıçaqladı
17 İyul 2014 Cümə Axşamı 15:31
Cütlük ayrılsada aralarındakı problemi həll edə bilməyib.
Bu gün səhər saatlarında Ucar rayonunda kişi keçmiş həyat yoldaşını bıçaqlayıb. Ucar rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.

Qalib Abdin oğlu Heydərov keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Elnarə Rafiq qızı Heydərovanı bıçaqlayıb.

Ağır yaralanan Elnarə Heydərova təcili olaraq Ucar rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. O əməliyyat edilib.

Verilən məlumata görə, kişi arvadının həyatına onun atası evində son qoymaq istəyib.

Qeyd edək ki, ərlə arvadın aralarında uzun müddət problem olub. Onlar bir müddət əvvəl ayrılıblar. Ayrılmaqlarına baxmayaraq, onlar arasında problem həllini tapmayıb.

Hadisəni törədən kişini polis tutub.

Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar