Karvan ticaret merkezinde yanğında oğurluq edenler olub
20 Oktyabr 2013 Bazar 13:33
Yanan Karvan ticaret merkezinde mallarını çıxarmağa çalışan satıcılarla mühafize orqanlarının emekdaşları arasında qarşıdurma yaşanıb.
Ötən gün axşam saatlarında Sumqayıtdakı ən böyük ticarət mərkəzi olan “Karvan”da güclü yanğın baş verib. Hadisə yerinə onlarla yanğınsöndürən cəlb olunub. Yalnız bir neçə saatdan sonra alovun qarşısını almaq mümkün olub. Hadisə nəticəsində 20-yə yaxın adam xəsarət alıb.
Yanğın ticarət mərkəzi bağlandıqdan sonra təxminən 19:30 radələrindən başlayıb və binanın damından zirzəmisinə qədər əhatə edib.
Yanğın nəticəsində mərkəzdə xeyli sayda mal yanıb. Bir çox satıcılar təşviş içində əşyaları çıxartmağa çalışıblar.
Satıcılar yanan mərkəzə daxil olmaq istəyərkən mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurma yaşanıb.
Bu qarışıqlıqda oğurluq etmək istəyənlər də tapıldı.
Yanğın zamanı yaralanan və xəsarət alanlar da var idi. Tüstüdən boğulan yanğınsöndürənə tibbi yardım göstərildi.
Hadisə yerinə Fövqəlada Hallar Nazirliyinin 30-dan çox yanğınsöndürmə briqadası cəlb olunmuşdu. Yanğının güclü olması isə yanğınsöndürənlərin işinə ciddi əngəl törədirdi. Alovun qarşısını təxminən 7-8 saatdan sonra almaq mümkün oldu.
Hadisə yerinə gələn FHN-nin müavini Etibar Mirzəyevin sözlərinə görə yanğın 6 min kvadrat metr ərazini əhatə edib: “Yanğın 4 saata yaxın davam etmişdir. Yanğının sahəsi ilkin məlumatlara görə, 6 min kvadrat metrdən artıqdır. Hadisə zamanı bir əməkdaşımız tüstüdən zəhərlənmişdir. Yanğının səbəbi hələki araşdırılır, əlavə məlumat veriləcəkdir”.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da hadisə yerində olub.
Hələki yanğının səbəbləri müəyyən olunmayb, yanğınla bağlı araşdırılmalar davam etdirilir.
Karvan ticarət mərkəzindəki yanğın bu ilin ən böyük yanğınlarından hesab olunur.
DOSTLARINLA PAYLAŞ: