Kanalizasiya quyusuna düşüb öldü
10 İyul 2013 Çərşənbə 14:24
Şamaxı sakini bədbəxt hadisənin qurbanı olub.
Şamaxı sakini bədbəxt hadisə nəticəsində ölüb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Şamaxı şəhərinin ərazisində şəhər sakini Rasim İmanov ehtiyatsızlığı nəticəsində kanalizasiya üçün qazılmış quyuya düşüb.
Bu zaman onun üstünə torpaq tökülüb. Üstünə torpaq tökülməsi nəticəsində dünyasını dəyişib.
DOSTLARINLA PAYLAŞ: