Jurnalist Günel Rehimli döyüldü
05 Sentyabr 2013 Cümə Axşamı 02:23
Bu gün Müsavat Gencler Teşkilatının iclasında dava düşüb. Jurnalist Günel Rehimli qızğın mübahise zamanı döyülüb.
ANS PRESS-in məlumatına görə, bu barədə Gunxeber.com-a partiyadakı mənbələr məlumat verib. İclasda bir müddət əvvəl Müsavat Gənclər Təşkilatına keçirilən seçkilərin nəticələrinin Müsavat Divanı tərəfindən ləğv olunması məsələsi müzakirə edilirmiş.

Qeyd edək ki, avqustun 25-də keçirilən seçkilərdə sədrliyə iki nəfərin namizədliyi irəli sürülmüşdü - Rauf Məmmədli və Cavid Hacıbəyli. Seçkinin nəticələrinə görə C.Hacıbəyli 58 səslə 49 səs toplayan R.Məmmədliyə qalib gəlmişdi. Ancaq sentyabrın 3-də Müsavat Divanı seçkilərdə texniki səhvlər olduğunu əsas gətirərək nəticələri ləğv edib. Bu günkü müzakirələr zamanı tərəflər arasında qızğın mübahisə baş verib və bu sonradan davaya çevrilib.

Dava zamanı hətta Müsavat Gənclər Təşkilatının fəal üzvü, jurnalist Günel Rəhimli də döyülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar