Jurnalist Anar Memmedov ölümden döndü
18 Oktyabr 2013 Cümə 10:54
Jurnalist Anar Memmedov ölümden döndü. Gecə saatlarında evinin yaxınlığında jurnalisti maşın vurub, huşsuz vəziyyətdə yola yıxılan müxbiri maşının sürücüsü xəstəxanaya çatdırıb.
Bakıda gecə saatlarında kriminal sahədə tanınmış jurnalist olan Anar Məmmədov vurulub. Jurnalistin yaxınlarının ANS PRESS-ə verdikləri məlumata görə, jurnalsit oktyabr ayının 12-də gecə saatlarında evə gedərkən maşın vurub.
Hadisə müxbirin evinin yaxınlığında, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. Küçədə təmir işləri aparıldığı üçün, bir tərəfli yoldə avtomobillər iki tərəfdən işləyirmiş. Yol isə qaranlıq olub.
Yolda orta sürətlə hərəkət edən “Opel” markalı avtomobil yolu keçmək istəyən Anar Məmmədovu vurub. Huşsuz vəziyyətdə yola yıxılan müxbiri maşının sürücüsü xəstəxanaya çatdırıb.
Həkimlərin səyi nəticəsində Anar Məmmədovun həyatını xilas etmək mümkün olub. Onun ayaqları və qabırğaları sınıb. Jurnalsit bir müddət özündə olmayıb. Anar Məmmədov polisə ifadəsində avtomobil qəzasında zədələndiyini deməyib. O, yıxıldığı barədə ifadə verib.
Hazırda Anar Məmmədovun həyatı üçün təhlükə yoxdur. Onun yaxşılaşdığı deyilir. Gələn həftə müxbirin vəzifəsinə qayıdacağı bildirilir. Qeyd edək ki, Anar Məmmədov tanınmış xəbər saytlarının birində baş redaktorun müavinidir. Onu ən çox kriminal sahəda yazan jurnalist kimi tanıyırlar.
DOSTLARINLA PAYLAŞ: