Jurnalist Anar Bayramoğlunun övladı balkondan düşərək ölüb
06 Avqust 2014 Çərşənbə 11:12
Jurnalist Anar Bayramoğlunun ailəsində itki üz verib. Məlumatı jurnalistin həmkarı bildirib.
Jurnalist Anar Bayramoğlunun ailəsində itki üz verib.

ANS PRESS-in məlumatına görə, “Şərq qəzeti”nin əməkdaşı Anar Bayramoğlunun 5 yaşlı qızı Cavidan 6-cı mərtəbədən yıxılaraq dünyasını dəyişib. Hadisə ötən gün axşam saatlarında baş verib. Bu barədə jurnalistin həmkarı Əzizə İsmayılova sosial şəbəkədə məlumat verib.

“İndicə aldığım xəbərdən şok oldum. Jurnalist dostum, "Şərq qəzeti"ndə il yarım çörək kəsdiyim, Anar Bayramoğlunun 5 yaşlı qızı Cavidan 6-cı mərtəbədən yıxılaraq həyatını itirib. Nə deyim, ay Anar, nə deyim ki, təsəlli olsun?!.. Məkanı cənnət olsun deyim? Zatən cənnətlikdir..
Aman Allahım, niyə belə? Axı o körpənin günahı nə idi? Anar necə çox istəyirdi qızını. Nəfəs alırdı onunla. Torpaq apardı. Allah rəhmət eləsin!” – deyə Əzizə İsmayılova yazdığı postda öz kədərini bölüşüb.

Xatırladaq ki, bir neçə həftə bundan əvvəl isə tanınmış jurnalist Ayaz Mirzəyevin 3 yaşlı oğlu Maqsud binanın 4-cü mərtəbəsindən yıxılaraq vəfat etmişdi.

Allah rəhmət eləsin!


DOSTLARINLA PAYLAŞ:

oyunlar