İranda Azərbaycan vətəndaşı həbs olunub
23 İyun 2013 Bazar 15:25
Saxlanılan şəxsin üstündən baytarlığa aid 9 340 ədəd dərmanı preparatı, 400 paket xarici siqaret aşkarlanıb.
Azərbaycan vətəndaşı İranın Gilan vilayətində həbs edilib. APA-nın İranın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Gilan vilayətinin Sərhəd- Gömrük Xidmətinin rəisi Seyid Yusif Murtəzəvi deyib.
O, adını açıqlamadığı Azərbaycan vətəndaşının Astara sərhəd-keçid məntəqəsinin İran tərəfində saxlanıldığını deyib. O bildirib ki, saxlanılan şəxsin üstündən baytarlığa aid 9 min 340 ədəd dərmanı preparatı, 400 paket xarici siqaret və məhlullar aşkarlanaraq, götürülüb.
Onun barəsində həbs qərarı çıxarılıb, araşdırmalara başlanılıb.
DOSTLARINLA PAYLAŞ: