Hadisə

İmişli Otuziki kəndində yanğın baş verib

İmişli Otuziki kəndində qaz balonunun partlaması nəticəsində ev sahibi yaralanıb.

· Xəbərçi
İmişli Otuziki kəndində yanğın baş verib
İmişlidə yanğın baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Otuziki kəndində Sefiyeva Rəsmiyəyə məxsus həyətyanı sahədə yanğın olub.

Yardımçı tikilidə olan balon qazında sızma baş verib. Sonradan bu partlayış yanğına çevirlib. Alov qısa müddətdə ümumi sahəsi 20 kvadrat metrə yaxın olan yardımçı tikilini bürüyüb.

Hadisə zamanı ev sahibəsi dama yaxınlaşarkən alovun istisinə məruz qalaraq yüngül yanıq xəsarətləri alıb.
Tikilinin yanar konstruksiyaları və içərisində olan məişət əşyaları isə yararsız hala düşüb.

Hadisə yerinə İmişli rayon yanğın müahfizə xidmətinin iki texnikası və canlı qüvvəsi cəlb edilib. Alov məhdudlaşıdırılıb.
Həyətdəki ev və digər sahələr yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər