Herbi telim poliqonunda partlayış olub
    27 May 2013 Bazar Ertəsi 11:27
    Bakıda herbi telim poliqonunda partlayış olub. 19 yaşlı əsgərin tapdığı sursat əlində partlayıb.
    
                	 
    
         Bakıda təlim mərkəzində partlayış baş verib. APA-nın məlumatına görə, hadisə mayın 25-də Müdafiə Nazirliyinin Qaraheybət təlim poliqonunda qeydə alınıb.
 
Poliqonda təlimdən sonra partlamayan mərmilərin zərərsizləşdirilməsi və ərazinin təmizlənməsi zamanı əsgər, 1994-cü il təvəllüdlü Həsənli Vüsal Azad oğlunun tapdığı sursat əlində partlayıb. Əsgər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı əsgər hospitala yerləşdirilib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya əsgərin yaralanması faktını təsdiqləyib.
 
Qeyd edək ki, V. Həsənli İmişli rayonundan həqiqi hərbi xidmətə çağırılıb. 
DOSTLARINLA PAYLAŞ: