Hərbçilərin Azərbaycan keçdiyini təsdiqlənib.
Ermənilər üç hərbçilərinin Azərbaycan tərəfə keçmələri ilə bağlı xəbəri təsdiqləyiblər.
Ermənilər üç hərbçilərinin Azərbaycan tərəfə keçmələri ilə bağlı xəbəri təsdiqləyiblər. APA-nın “Panarmenian”a istinadən verdiyi xəbərə görə, bu barədə agentlik qondarama “Dağlıq Qarabağ Respublikasının” “Müdafiə Nazirliyi”nin mətbuat xidmətinin rəhbəri Senor Asratyana istinadən məlumat yayıb.
Məlumatda bildirilib ki, erməni əsgərləri Qrant Markosyan, Alik Tevosyan və Artur Sarkisyan fevralın 28-ə keçən gecə təmas xəttinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsinə keçiblər.
Qeyd edək ki, fevralın 28-ə keçən gecə Ermənistan ordusunun üç əsgəri təmas xəttinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsinə keçib. Onları Ergi düzündə məskunlaşmış, əslən Xocalıdan olan Zeynəb Əliyeva və oğlanları tutaraq, hərbçilərimizə təhvil veriblər. Erməni əsgərləri ordunun baxımsız halda olduğunu, hətta yeməyə çörək tapmadıqlarını bildiriblər.