Herbçiler qezaya uğradılar
18 May 2013 Şənbə 09:56
Hərbçilərdən ikisinin vəziyyəti daha ağır olduğu üçün helikopterlə Bakıya göndəriləcək.
Bu gün səhər saatlarında Bakı-Quba Rusiya yolunun 179-cu km-də hərbçilər dəhşətli qəzaya uğrayıblar. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Daxili Qoşunlara məxsus olduğu bildirilən “RAF” markalı maşının Atuc kəndi yaxınlığında idarəetməni itirərək yolun sağ tərəfində çinar ağacına çırpılara aşıb. Məlumata görə, qəza nəticəsində 3 nəfər ölüb, xeyli sayda əsgər yaralanıb. Quba polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi Rövşən Turabovun isə ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, 2 əsgər ölüb, 1 həbrçinin isə vəziyyəti olduğca ağırdır.

Yaralılar Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Lakin hərbçilərdən ikisinin vəziyyəti daha ağır olduğu üçün onlar helikopterlə Bakıya göndəriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar