Hərbçi öz komandirini güllələyib
15 May 2014 Cümə Axşamı 16:25
Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində hərbçi öz komandirini güllələyib.
Azərbaycan Ordusunda qətl törədilib.
ANS PRESS APA-ya istinadən məlumat verir ki, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.
Hərbi hissənin müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) İlkin Yaşar oğlu Məhərrəmovun tabeliyindəki avtomat silahdan atəş açılıb. Nəticədə güllə tabor komandiri mayor Emil Əlihüseyn oğlu Əsgərliyə dəyib. Zabit aldığı güllə yarasından dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Faktla bağlı cinayət işi başlanıb, hərbi prokurorluq tərəfindən araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: