Həmyerlimiz qətldə ittiham olunur
18 Noyabr 2009 Çərşənbə 18:55
Moskvada 2009-cu il 9 may tarixində törədilən cinayətin üstü açılıb
Rusiya paytaxtı Moskvada 2009-cu il 9 may tarixində törədilən cinayətin üstü açılıb. O zaman paytaxda yerləşən mənzillərin birində 1967-ci il təvəllüdlü kişi meyiti tapılmışdı. Həmin şəxs sinəsindən aldığı bıçaq yarasından vəfat etmişdi. Bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin rəsmi saytında bildirilir.

Rusiyanın Dövlət Daxili İşlər İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən cinayəti törətməkdə şübhəli bininən 1975-ci il təvəllüdlü azərbaycanlı saxlanılıb.

Verilən məlumata görə, o, işsizdir və Moskvada qeydiyyatsız yaşayır.

İlkin məlumatlara görə, qətl məişət mübahisəsi zəminində törədilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar