Helikopter qəzasında ölənlərdən daha birinin meyiti tapılıb
11 Fevral 2013 Bazar Ertəsi 15:17
Digərinin axtarışları davam etdirilir
Azərbaycanda hərbi helikopterin qəzaya uğraması nəticəsində ölənlərdən birinin də meyiti tapılıb. ANS TV-nin hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, digər şəxsin axtarışları davam etdirilir.
Hadisə barədə xəbəri eşidən şəxslərin yaxınları, qohumları da qəza baş verən əraziyə gəliblər.

Xatırladaq ki, bu gün saat 10.30-da Hərbi Hava Qüvvələrinə məxsus helikopter radarlardan itərək “Şıxov” çimərliyi istiqamətində qəzaya uğrayıb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hərbi helikopterin qəzaya uğraması nəticəsində ekipaj üzvləri - kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu həlak olublar.
Rüstəm Rüstəmovun meyiti dənizdən çıxarılmışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar