Həbsxanadan çıxan kişi keçmiş arvadı və qaynanasını öldürdü
25 Oktyabr 2013 Cümə 10:30
Kişi qaynanasının evinə gedərərk onlara çox sayda bıçaq zərbələri vurub.
Ötən gün saat 16:00 radələrində Sumqayıt şəhərində dəhşətli cinayət baş verib. Sumqayıt şəhər prokurorunun böyük köməkçisi Pərviz Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində Bəhlul Səttarzadə küçəsi, ev-42 ünvanında baş verib.
Belə ki, Zöhrab Əlibaxış oğlu Hüseynov küçmiş qaynanasının evinə gedib. Orada keçmiş arvadı Adilə Əliməmməd qızı Əliyevanı və onun anası Tehranə Akif qızı Əliyevanı öldürüb. O, qadınları bir neçə dəfə bıçaqlayıb.
Qeyd edək ki, Zöhrab Hüseynov həbsxanadan yenicə çıxıbmış. Onun keçmiş həyat yoldaşından iki azyaşlı övladı var.
Faktla bağlı şəhər prokurorluğunda cinayət işi açılıb.
DOSTLARINLA PAYLAŞ: